Media reklam / İnternet
Internet

PROJECT şirkəti sizin biznesin inkişafına töhfə verəcək internet-marketing xidmətlərini təqdim edir.

Internet interaktiv mühitdir, və buna görə də istehlakçının iştirakını təmin edir. Hər bir internet istifadəçisinin passiv şəkildə məlumat almaqla bərabər aktiv şəkildə onunla işləmək imkanı var.

İnternet-marketingin məşhur vasitəsi olan, media reklam brendin taninmasını artirmaq, imici inkişaf etdirmək və alıcıların diqqətini yeni məhsul və xidmətlərə cəlb etmək üçün istifadə olunur.

İnternetin reklam kanalı kimi ən geniş tədbiq olunan istifadə növləri:

• Bannerlər – statik və ya interaktiv, bir neçə slaydlardan ibarət olan jpeg, gif, png və ya swf formatlarında olan qrafik bloklar. Bannerlər zaman, saytda göstərilmə sayi (PPV) və ya elan üzrə klik sayısına (PPC) görə ödənilirlər.

• Video reklam - şəbəkədə video məzmunun geniş yayılması ilə bağlı olan, internetdə nisbətən yeni reklam formasıdır.

• Brendlənmə - yalnız geniş reklam büdcəsinə malik olan, böyük və tanınmış şirkətlərin ödəyə bləcəyi internetdə olan ən bahalı reklam növüdür. Brendlənmənin əsas məqsədi brendin imic inkişafıdır, həmçinin hədəf auditoriyasının diqqətini vacib hadisələrə cəlb etmək.

• Mətn-qrafik bloklar – bu növ reklam banner reklamından onunla fərqlənir ki, daha çox saytın redaktorlarının tövsiyəsinə oxşayır və saytın ziyarətçilərində daha çox etibar yaradır.

• Google AdWords (Google-da  kontekst reklam – reklam elanları Google.az axtarışında göstərilir)

 

Reklam informasiyasının tematik resurslarda (auditoriyasının maraqları verilmış informasiya oxşar olan saytlarda) yerləşdirilməsi də əla nəticələr verir. Bu cür informasiya aşağıda sadalanmışlar şəklində ola bilər:

• media reklam (bannerlərin məşhur internet saytlarda yerləşdirilməsi);

• qiymət siyahılarının yerləşdirilməsi

• tematik paylaşma

Hər hansı bir reklam kampaniyasının yüksək səviyyədə təşkili yalnız müəyyən bilik və bacarıqların, həmçinin reklamın yaradılması və  yerləşdirilməsi təcrübəsinin, mövcudluğunda mümkündür.

Siz yalnız reklam kampaniyasının büdcəsini ödüyürsünüz, bütün  planlaşdırma, quraşdırma və  idarəetmə məsələlərini isə PROJECT-in ekspertləri həyata keçirir.

internet

© Project.co.az 2016. Bütün huquqları qorunur. Sayt Monostudio tərəfindən hazırlanıb.